Nümayişçilər giriş-çıxış yollarını bağlayırlar Beyrutda

8 Mart 2021 15:29 (UTC+04:00)

Etirazçılar Livanın paytaxtı Beyrutun şimalındakı çıxışları və girişləri yanan təkərlər və zibil qutuları ilə bağlayıblar. SİA xəbər verir ki, bu barədə RİA Novostiyə agentliyin müxbiri məlumat verdib.
Müxbirin verdiyi məlumata görə, bağlanmış yollardan biri də yaşayış məntəqəsindən keçən əsas magistral yoldur.
Livan mediası da oxşar vəziyyətin ölkənin digər şəhərlərində inkişaf etdiyini yazır. Bundan əlavə, qeyd olunur ki, nümayişçilər Livanın cənubundakı nəqliyyat yollarını bağlayırlar.
Xatırladılır ki, Beyrutda nümayişçilərlə polis arasında iğtişaşlar və toqquşmalar 26 yanvarda başlayıb. Küçələrə çıxan vətəndaşlar, yaşayış şəraitinin yaxşılaşdırılması və ölkədəki yeni koronavirus səbəbi ilə tətbiq olunan komendant saatının ləğvi üçün tədbirlərin alınmasını tələb edirlər. Livan Qırmızı Xaç Təşkilatının verdiyi məlumata görə, ilk altı gündə baş vermiş qiyam nəticəsində 400-dən çox insan müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Diqqətə çatdıraq ki, yanvar ayının sonlarında Livanın paytaxtında nümayişçilər bələdiyyə binası qarşısında qiyam qaldıraraq polisə daş atıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək aqressiv düşüncəli vətəndaşları inzibati kompleksin yanında yerləşən Nur meydanına aparıblar. Onu da qeyd edək ki, bir qədər əvvəl Sputnik radiosu Livanın Tripoli şəhərindəki iğtişaşların miqyasından narahat olduğunu bildirmişdi.