12 televizor qıran uşaq

8 Mart 2021 14:03 (UTC+04:00)

İngiltərənin “The Sun” qəzetinin yazdığına görə, ölkənin Nortqelmton şəhər sakini 35 yaşlı çoxuşaqlı ana Şyama Andervud kiçik oğlu, üç yaşlı Cekson-Carterdən “gileylidir”.

SİA bu barədə xarici mətbuata istinad edir.

Ananın dediyinə görə, 10 aylıqdan gəzməyə başlayan Cekson hazırda ailə üçün “əsl problemə” çevrilib. Belə ki, balaca Cekson bu günlərdə evdəkilərə 6 min funt-sterlinqə qədər ziyan vurub.

Uşağın daha cox qalmaqalları sevdiyini bildirən ana onun bu vaxta qədər evə alınan 12 televizoru qırdığını da bildirir.

Ananın etirafına görə, balaca Ceksonun əməlləri bununla bitmir. Məhz uşağın törətdiyi əməllərin nəticəsi olaraq, ailə bir neçə dəfə evi su basmasının, evdə yanğının qarşısını ala bilib.

Maraqlıdır ki, dörd uşaq anası balaca Ceksonu daim nəzarətdə saxladığını, əks halda körpənin yeni bir fəsadlar törədəcəyindən ehtiyatlandığını gizlətməyib.

Ağasəf