ABŞ Türkiyə ATAK-na blok qoydu, lakin... SANKSİYA

8 Mart 2021 13:47 (UTC+04:00)

Vaşinqton Türkiyənin istehsalı olan 30 ədəd ATAK zərbə helikopterlərinin Pakistana göndərilməsinə mane olub. Mümkündür ki, həmin helikopterləri Çin alsın. SİA xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Bloomberg-ə ABŞ-ın onun ölkəsinə qarşı Rusiya S-400-lərini alması səbəbi ilə tətbiq etdiyi sanksiyasına münasibətini bildirərkən deyib.

Qeyd edilir ki, Türkiyənin müdafiə sənayesi katibliyinin nümayəndəsi RİA Novosti-yə açıqlamasında Türkiyə ilə Pakistan arasında 30 ədəd ATAK helikopterlərinin çatdırılması ilə bağlı müqavilə imzalanıb və bu, Türkiyənin tarixində böyük həcmdə müdafiə məmulatının çatdırılmasında ilk hal idi. Müqavilənin dəyəri 1,5 milyard dolları təşkil edirdi.

Lakin ABŞ-ın Türkiyəyə mühərriklərin eksportu ilə bağlı lisenziyanı verməkdən imtinasına görə müqavilənin realizəsi baş tutmayıb. Belə ki, ABŞ Konqresi Amerika silahlarının Türkiyəyə verilməsini blok edib və bu da Türkiyənin Rusiyadan S-400-ləri almasına görədir.

“ABŞ tərəfimizdən planlaşdırılan və Pakistana satılacağını nəzərdə tutan helikopterlərimizə bok qoyub. Bu isə çox yəqin ki, tenderin Çinə keçməsi ilə nəticələnəcək və burada uduzan da ABŞ olacaq”, Kalın müsahibəsində bildirib.

Rövşən RƏSULOV