Rusiyaya haker hücumu gözlənilir?

8 Mart 2021 10:09 (UTC+04:00)

Ruslar ABŞ-ın Rusiyaya haker hücumlarına hazırlaşdığı barədə məlumat "əldə ediblər". SİA bu barədə rus mətbuatına istinad edir.

Rus mətbuatının yazdığına görə, "gizli əks hücum"lar zamanı amerikalı hakerlər həm Rusiya prezidenti, həm Rusiya kəşfiyyat xidməti hərbçilərilə, həm də xarici aləmlə tanış olacaqlar. Hücumların davamlı olaraq, üç həftə ərzində davam edəcəyini bildirən rus tərəfi bunun ABŞ səlahiyyətliləri ilə əlaqəli olduğunu da istisna etmirlər. Qeyd edək ki, ruslar bunu "New York Times" nəşrinin mənbələrinə istinadən bildirirlər. Maraqlıdır ki, amerikan nəşr bunların "gizli əks hücumlar" olacağını da istisna etmir.

Yeri gəlmişkən bildirək ki, ABŞ tərəfi bir müddət bundan əvvəl onlara qarşı edilən haker hücumlarına cavab olaraq Moskvaya əlavə iqtisadi sanksiyalar tətbiq edəcəyini gizlətməyib.

Bu arada olayla əlaqəli olduqlarını inkar edən Kreml sözçüsü Dmitri Peskov amerikalıların atacağı bu addımı "kor Russofobiya" adlandırıb.

Ağasəf Babayev