Fransız millət vəkili və iş adamı helikopter qəzasında həyatını itirib

8 Mart 2021 03:16 (UTC+04:00)

Fransız millət vəkili və iş adamı Olive Dasso bazar günü Normandiyada helikopter qəzasında ölüb.

SİA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Twitter” səhifəsində yazıb.

"Olive Dasso bir iş adamı və millət vəkili olaraq vətəninə xidmət etdi. Ölümü böyük bir itkidir”, deyə Makron vurğulayıb.

Qeyd edək ki, 69 yaşlı siyasətçi parlamentin aşağı palatasında sağçı Respublikaçıları təmsil edirdi. Onun sərvəti 5 milyard avrodur.

Helikopterin pilotunun da öldüyü bildirilib.