Rusiyada avtomobil idarəetməni itirərək avtobus dayanacağına çırpılıb

8 Mart 2021 06:17 (UTC+04:00)

Rusiyanın Krasnoyarsk şəhərində axşam saatlarında “Ssang Yong” markalı avtomobil idarəetməni itirərək avtobus dayanacağına çırpılıb.

SİA xəbər verir ki, bu barədə Rusiya DİN-in Regional idarəsi məlumat yayıb.

Hadisə nəticəsində uçması nəticəsində bir kişi və 15-16 yaşlarında üç yeniyetmə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.