Azər Əliyevin formasını geyindiyi “Tambov” səfərdə məğlub olub

8 Mart 2021 00:59 (UTC+04:00)

Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 21 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.