Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 478 mindən çox artıb.
"TASS"ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 478 614 nəfər yeni koronavirusa yoluxub, 10 124 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 135 492, ölənlərin isə 2 581 976 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.