Roma Papası qadınlarla bağlı müraciət etdi

7 Mart 2021 17:49 (UTC+04:00)

Roma Papası Fransisk Beynəlxalq Qadınlar günü ərəfəsində qadınlara hörmət etməyə və onları qorumağa çağırıb.

Bu barədə TASS xəbər verir.

İraqda səfərdə olan Papa xristianlığın yerli mərkəzi hesab olunan Bahdid şəhərində xütbə ilə çıxış edib.

“Bu ölkənin bütün analarına və qadınlarına, bütün yaralara baxmayaraq həyat verməyə davam edən cəsur qadınlara təşəkkür edirəm. Qadına hörmət edilməli və qorunmalıdır”, - Fransisk deyib.

O, qadınlara diqqət ayırmağa və imkanlar verməyə çağırıb. Fransisk həmçinin “Allahın müdafiə etdiyi” Məryəmin rolunu yada salıb.

Fransisk Roma-katolik kilsəsinin İraqa səfər edən ilk rəhbəridir.