İlk 2 oyun FIFA referilərinə tapşırıldı Azərbaycan Premyer Liqası

7 Mart 2021 17:40 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında XIX turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

SİA-nın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, hər iki qarşılaşma FIFA referilərinə həvalə olunub.

8 mart (bazar ertəsi)

16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASK Arena”.