Narkotik sevgilisini öldürüb

7 Mart 2021 17:17 (UTC+04:00)

Rusiyanın Novosibirsk şəhərinin 19 yaşlı sakini, bir yerdə yaşadığı 17 yaşlı sevgilisini öldürdüyünə görə həbs edilib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd edək ki, 19 yaşlı gənc narkotik aludəçisi imiş. Hadisə baş verən gün, narkotikə olan ehtiyacını ödəmək üçün qızdan pul istəyib. Qız pul verməkdən imtina etdiyinə görə, onu öldürüb.

Onun sonrakı etirafına görə, qızı qətlə yetirəndən sonra, guya o intihar etmək istəyib. Narkoman gənc həmyaşıdlarına onun səhvlərini təkrarlamamağı tövsiyə edib.

Qeyd edək ki, 17 yaşlı sevgilisinə çoxsaylı bıçaq xəsarətləri yetirən gənc onun pullarını da götürüb Kemerovoda yaşayan dostunun evinə gedib. Orada sevgilisini öldürdüyünü dostuna etiraf edib. Dostu isə ona polisə getməyi məsləhət görüb.

Hazırda həbs edilən gənclə bağlı cinayət işi qaldırılıb.

Ağasəf Babayev