Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb

7 Mart 2021 14:25 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 4,32 milyonu keçib.

SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 10 595 nəfər virusa yoluxub, 368 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 322 776 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 89 094 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 911 924 şəxs virusdan sağalıb, 321 758 nəfərin müalicəsi isə davam edir.