Ruslar, doğrudanmı, yoxsul yaşayırlar?

7 Mart 2021 13:20 (UTC+04:00)

Norveçli jurnalist Yanna Yonsen ölkəsindəki yerli mətbuatın Rusiyada baş verənlərin birtərəfli şəkildə işıqlandırıldığını bildirir. Məsələn, o, Rusiyada "nəhəng" yoxsulluğun mövcudluğu ilə bağlı Norveç mətbuatında yer alan matrealların həqiqətdən uzaq olduğunu istisna etmir. Maraqlıdır ki, jurnalist Rusiya ilə müqayisədə, bu gün Norveçdə də bəzi vətəndaşların beynəlxalq yoxsulluq həddi altında yaşadıqlarını gizlətmir.

SİA bu barədə xarici mətbuata istinad edir.

Bu gün Norveç qəzetləri düşmənçilik və mənfi məqamları vurğulayaraq, Rusiyadakı hadisələri birtərəfli şəkildə işıqlandırırlar. Bunun nəticəsində, norveçlilər qonşu ölkənin yaşam tərzi barədə səhv bir düşüncə tərzinə sahib olurlar. Qeyd edək ki, bu fikirlər norveçlı jurnalist Yanna Yonsenin gəldiyi qənaətdir.

Onun fikrincə, son zamanlar Norveçdə Rusiyadakı "dəhşətli" yoxsulluqdan tez-tez danışırlar. Doğrudanmı, deyilənlər reallığı əks etdirir? Məsələn, dünyada beynəlxalq yoxsulluq həddi gündə 1,90 dollar göstərilir. Amma elə beynəlxalq statistikanın hesablamalarına görə, bu gün Rusiyada heç kim bu məbləğlə yaşamır. Müqayisə üçün bildirək ki, Norveçdə əhalinin 0,2 faizi gündəlik 1,90 dollarla yaşayır. Lakin deyilənlərə baxmayaraq, bu gün həm Rusiya, həm də Norveçdə gündə 3,2 dollardan aşağı qazanan insanların çox az olduğu etiraf edilməlidir. Bundan başqa Rusiyada gündə 5, 5 dollardan daha artıq qazananlar, Norveçlə müqayisədə daha çoxdur. Bu arada Rusiyada əksər mal və xidmət qiymətlərinin Norveçlə müqayisədə xeyli aşağı olduğunu da unutmamalıdır.

Milli yoxsulluq həddi ölkədən ölkəyə dəyişir. Məsələn, bir müddət əvvəl rusların 12,3 faizi, norveçlilərin isə 11,2 faizi yoxsulluq həddində yaşayırdı. Amma 2000-ci ildən bəri Rusiyada yoxsulların sayı 2,3 dəfə azalıb.

İndi gəlin, rus ailələrinin aylıq gəlirlərinə diqqət çəkək: bu gün Rusiyada orta aylıq əmək haqqı hazırda 49,600 rubldur. Digər gəlir növləri üçün orta təqaüd 14.900 rubl, minimum əmək haqqı 12100 rubl, əlillik müavinəti 11.300 rubldur. Ancaq qeyd edək ki, hazırda rusların təxminən 40 faizi hələ də "boz" maaş alır deyə, onların real gəlirləri bu statistika göstəricilərindən daha yüksəkdir. Ailə xərclərinə gəldikdə isə, ruslarda əmək haqqından gəlir vergisi 13 faizdir.

…2020-ci ildə Rusiyada pensiya yaşı qadınlar üçün 56, kişilər üçün 61 kimi qəbul edilib. Yaşlılıq pensiyası hər il inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bundan əlavə, təqaüdçülər nə mənfəət, nə də əmlak vergisi ödəmirlər. Onlar pulsuz dərmanlar almaqla yanaşı, ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər.

Ağasəf Babayev