Oyanıb, yenidən yata bilmirsiz?

7 Mart 2021 12:06 (UTC+04:00)

Təbii ki, həyatımızda hər birimizin ən azı bir neçə dəfə gecə yarısı yuxudan oyandığımız və sonra uzun müddət yuxuya gedə bilmədiyimiz anlar olub. Belə halda çoxları saata baxır, yerində "qurcalanır" və s. Amma problem budur ki, bir qayda olaraq, inadla yatmağa çalışsaq da, çox vaxt özümüz yenidən yuxulamağımıza maneçilik törədirik.

SİA xarici mətbuata istinad edir.

Beləliklə, gecə yuxudan oyanarkən saata baxmağa qətiyyən dəyməz. Gözlərinizi bir anda yummağa çalışın, rahatlayın və bütün düşüncələrdən qurtulun. Yenidən bitən yuxunu xatırlamağa davam etdirməyə çalışın. Qalxmağın nə qədər vaxt aparacağına dair də narahat olmayın. Qeyd edək ki, bu vaxt çoxlarınız kifayət qədər yuxu ala bilməyəcəklərindən narahat olurlar...

Gecə yuxudan oyanarkən, təbii ehtiyacınız yuxu ehtiyacını aşmırsa, bu halda ayaqyoluna da getməyə tələsməyin. Həqiqət budur ki, yataqda oturduğunuz vaxt ürək döyüntünüz yuxuda gördüyünüzlə müqayisədə artır. Əgər durub otaqda var-gəl etsəniz, bu, daha da sürətlənəcək. Buna görə də, yenidən yuxuya getmək üçün yenidən ürək atışını sakitləşdirmək lazımdır.

Ağasəf Babayev