“Bavariya” Dortmund “Borussiya”sını məğlub edib, “Leyptsiq” də 3 xal qazanıb

7 Mart 2021 00:26 (UTC+04:00)

Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

Turnir cədvəlinin üçüncü sırasında yer alan “Volfsburq” səfərdə “Hoffenhaym”la qarşılaşıb və məğlubiyyətlə üzləşib. “Leyptsiq” isə “Frayburq”un qonağı olub və darmadağınla qalib gəlib.

Turun mərkəzi görüşü Münhendə keçirilib. Lider “Bavariya” bu tur çərçivəsində Dortmund “Borussiya”sını qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşmada Münhen təmsilçisi inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası

24-cü tur

6 mart

Borussiya (Münhenqladbax) – Bayer 0:1

Qol: Şik, 77.

Ayntraxt – Ştutqart 1:1

Qol: Kostiç, 69 – Kaladziç, 68.

Frayburq – Leyptsiq 0:3

Qol: Nkunku, 41. Sorlot, 64. Forsberq, 79.

Herta – Auqsburq 2:1

Qol: Pyontek, 62. Lukebakio, 89-pen – Benes, 2.

Hoffenhaym – Volfsburq 2:1

Qol: Baumqartner, 8. Kramariç, 41 – Veqorst, 23.

Bavariya – Borussiya (Dortmund) 4:2

Qol: Levandovski, 26; 44-pen; 90. Qoretska, 88 – Haland, 2; 9.

5 mart

Şalke – Maynts 0:0

7 mart

18:30. Köln – Verder

21:00. Arminiya – Union Berlin