“Barselona”nın gənclərindən unikal göstərici

7 Mart 2021 07:35 (UTC+04:00)

“Barselona” İspaniya La Liqasının 26-cı turunda “Osasuna”nı məğlub edib. Matc.az xəbər verir ki, Pamplonadakı “El Sadar” stadionunda baş tutan oyunda kataloniyalılar 2:0 hesablı qələbəyə sevinib. Qolları Jordi Alba və İlas Moriba vurub.

Bu qələbədən sonra “Barselona” İspaniya çempionatları tarixində unikal göstəriciyə imza atıb. Belə ki, bir mövsümdə katalonların 19 yaşınadək üç futbolçusu - Ansu Fati, Pedri və Moriba qol vurmağı bacarıb.

Hazırda “Barcelona” 56 xalla turnir cədvəlində ikinci sıradadır. Lider isə hesabında 58 xal olan Madrid “Atletiko”sudu.