Braziliyada son sutka ərzində daha 1555 nəfərin koronavirusdan ölməsi təsdiqlənib

7 Mart 2021 06:24 (UTC+04:00)

Braziliyada son sutka ərzində daha 69 609 nəfərin koronavirus infeksiyasına yoluxması, 1555 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 10 938 836 nəfər yoluxub. Bu müddət ərzində 264 325 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 704 351 xəstə müalicə olunaraq sağalıb.