Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

6 Mart 2021 20:27 (UTC+04:00)

Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

SİA Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Kermadek arxipelaqı yaxınlığında, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.