Musa Təranə ilə dalaşmağının səbəbini açıqladı: "Qısqanıram"

6 Mart 2021 16:26 (UTC+04:00)

Müğənnilər Musa Musayev və Təranə Qumral cütlüyü şəxsi həyatlarından bəhs edib. SİA-nın məlumatına görə, Təranə bu haqda verilişlərin birində danışıb: "Bəzən Musa ilə məndən soruşurlar ki, "evdə olanda mübahisə edirsiniz?" Mən həmin kəslərə demək istəyirəm ki, biz gündə 5 dəfə dalaşırıq. Düşünürəm ki, mübahisə olmayan ailədə robotlaşma gedir. Eyni zamanda, o ailə şübhəlidir. Çünki kişi ilə xanımın bir-birinə sevgisi varsa, o dava-dalaşlar olmalıdır".

Təranənin sözlərinə Musa da dəstək olub: "Ailədə qısqanclıq varsa, dava-dalaş olmalıdır. Ölənə kimi Təranəni qısqanacam. O hiss mənim içimdən gəlir".

T.Qumral M.Musayevin bu sözlərinə heç kimin gözləmədiyi cavabı verib: "İçində qurdlar çoxdur. Bunu hər zaman özü də etiraf edir".