Prezidentin köməkçisi koronavirusa yoluxub 38 yaşlı köməkçi xəstələnib

6 Mart 2021 14:51 (UTC+04:00)

Rusiya prezidentinin köməkçisi, 38 yaşlı Maksim Oreşkin, koronavirus xəstəliyinə tutulub. SİA kommersant.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin Kuzbasın sosial-iqtisadi inkişafı ilə bağlı iclası zamanı söyləyib.
"Təəssüf ki, Oreşkin koronavirus xəstəliyinə tutulub. Bu fürsətdən istifadə edib sağlamlıq diləyimi çatdırmaq istəyirəm. Burda bizimlə əlaqə saxlayır" deyə Mişustin bildirib.
Xatırladılır ki, ötən gün ərzində Rusiyada 11.022 yeni koronavirus infeksiyası qeydə alınıb, ümumi yoluxanların sayı 4.312.181-ə çatıb. Diqqətə çatdırılır ki, pandemiya dövründə 88.726 nəfər ölüb, 3.900.348 nəfər sağalıb.
Xatırladaq ki, yanvar ayından bəri Rusiyada əhalinin koronavirüsə qarşı kütləvi peyvənd olunması davam edir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hələ peyvənd olunmayıb. "Kommersant" xəbər verir ki, aparıcı KİV-lərin baş redaktoru ilə görüşündə cənab Putin, həkimlərlə məsləhətləşdikdən sonra yaz fəslinin sonunda və ya payızın əvvəlində Sputnik V peyvəndi ilə peyvənd olunacağını istisna etməyib. Onu da qeyd edək ki, Azərbaycanda da əhalinin peyvənd olunmasına başlanılıb və bu proses uğurla davam edir. Nəzərə çatdıraq ki, ölkəmizdə əhalinin peyvənd olunması əvvəlcə risk qruplarına tətbiq olunur və peyvənd olunmaları üçün vətəndaşlar könüllü şəkildə özləri müraciət edirlər.