Əməkdar artist Lalə Məmmədova "Dağlar duman olmadan" adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, ekran işinin rejissoru Delee Orucludur.
Mahnının sözləri Rüstəm Behrudinin, musiqisi isə İsmayıl Məmmədovundur.
Qeyd edək ki, klipdə L.Məmmədovanın imici üzərində stilist Elnur Həsənov çalışıb.