Bu bahalı geyimi ilə Aygün Kazımova hər kəsi heyran etdi FOTOLAR

6 Mart 2021 13:13 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova yeni fotoları ilə gündəm olub. SİA-nın məlumatına görə, ifaçı sözügedən şəkillərini "İnstagram" hesabında yayımlayıb.

Müğənninin geyimi izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Onlar Kazımovanın pencəyinin, çəkməsinin markası və qiyməti ilə maraqlanıblar.

Bəlli olub ki, Aygünün sinəsi güllərlə bəzədilən pencəyi və çəkməsi "Dolce Gabbana" brendinə məxsusdur.

İfaçının pencəyinin qiyməti 4972 dollar, təxminən 8452 manatdır. A.Kazımovanın seçdiyi qara rəngli sözügedən brendin çəkməsi isə 1195 dollar, təxminən 2095 manatdır.