Su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

6 Mart 2021 11:43 (UTC+04:00)
Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları "Gəncə Sukanal" Törəmə Səhmdar Cəmiyyətinə məxsus olan və şəhər ərazisində quraşdırılan mexaniki su sayğaclarını, onların qutularını oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-ya bildiriblər ki, aparılan araşdırmalarla şəhər sakini Arzu İbrahimov həmin Cəmiyyətə məxsus, vətəndaşların istifadəsinə verilməmiş 112 ədəd mexaniki su sayğacını və onların 18 qutusunu oğurlayaraq ümumilikdə 4759 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilib. A.İbrahimov və maddi sübutlar istintaqa təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.