Rəqqasənin evini soyublar

6 Mart 2021 10:57 (UTC+04:00)

Moskvanın Perunovski döngəsindəki evlərdən birində oğurluq hadisəsi baş verib. Oğurluğa məruz qalan isə başqası yox, RSFSR-in 85 yaşlı əməkdar artisti Larisa Ratenkodur.

SİA bu barədə rus mətbuatına istinad edərək məlumat verir.

Rus saytlarının bildirdiyinə görə, oğurluqda şübhəli bilinən iki gənc artıq həbs edilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl evi qarət edilən sənətçi polisə saatlar, zəncirlər, üzüklər, xaçlar və diş tacları da daxil olmaqla qızıl-zinət əşyalarının itdiyini bildirmişdi. Sonradan isə bunların oğurluqlandıqları ortaya çıxdı. Beləliklə, hazırda qadının evindən oğurlanan malların dəyəri 50 min rubl olaraq qiymətləndirilir.

Artıq oğurluqla bağlı cinayət işi aparılır.

Qeyd edək ki, 1936-cı il təvəllüdlü Larisa Ratenko Moskvada anadan olub. 1953-cü ildə Moskva Xoreoqrafiya Məktəbini bitirib. Türkmən Opera və Balet Teatrının solisti olub.

Ağasəf Babayev