Neftin qiyməti bahalaşmaqda davam edir

6 Mart 2021 09:43 (UTC+04:00)
Dünya bazarlarında neftin bahalaşması davam edir. SİA xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 4,20% artaraq 1 barelə görə 69,54 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,81% artaraq 66,26 dollar təşkil edib.