Vikinqlər Kolumbdan 500 il əvvəl Amerikada olublar?

6 Mart 2021 09:21 (UTC+04:00)

Bu gün İslandiya dastanlarında Qudrid adlı bir qadından bəhs olunur. Belə ki, onun Roma, Qrenlandiya və Şimali Amerikada olduğu bildirilir. Maraqlıdır ki, onun Amerika səfərinin Xristofor Kolumbdan 500 il əvvəl etdiyi iddia edilir.

SİA xarici mətbuata istinad edir.

Beləliklə, islandların bildirdiyinə görə, təqribən min ildən də çox əvvəl əri və kiçik bir komandası okeanı keçən Qudrid sonralar Vinland adlandırdığı əraziyə çatıb. Onun üç il yaşadığı bu ərazi indi Kanada torpaqlarıdır. Deyilənə görə, qadın həmin illərdə Romaya da səfər edib. Təbii ki, bütün bunlar island dastanlarında yer alıb. Maraqlıdır, doğrudanmı, Qudrid adlı qadın Amerikada Xristofor Kolumbdan 500 il əvvəl olub? Bildirək ki, belə bir qadının mövcudluğu bu günlərdə də mübahisə mövzusundan biri olaraq qalmaqdadır.

Qeyd edək ki, dastanda bəhs edilən Qudridlə bağlı məlumat çox azdır. Doğrudur, vikinqlərlə bağlı iki dastanda onun haqqında deyilsə də, amma həmin dastanlar bu günə gəlib çatana qədər, belə demək olarsa, bir çox “məhrumiyyətlərə” uğrayıb. Lakin buna baxmayaraq, hər iki dastanda Qudrid barədə danışılır. Onun İslandiyada doğulduğu, 15 yaşında atası ilə birgə Qrenlandiyaya getdiyi bildirilir. Orada gənc vikinqə ərə gedən Qudridin Amerıkaya getmək üçün ilk cəhdi uğursuz olur. Belə ki, sərt soyuqlar başqa vikinq qadınlarla yanaşı onu da dul qoyur. 17 yaşlı dul qadın vikinq qaydalarına görə sərbəst idi deyə ikinci dəfə ərə gedib və s.

Maraqlıdır, bu gün vikinqli bir qadının Şimali Amerikaya səyahət etdiyinə dair əsaslı dəlillər varmı? Görən, bununla bağlı real faktlar necə, mövcuddurmu? Reallıq budur ki, bu gün Şimali Amerikada bilinən yeganə Vikinq qəsəbəsi Lanse aux Meadows qitənin ən şimal nöqtəsində, küləklərin daim əsdiyi bu yerdə yerləşir. Radiokarbon tarixi, yaşayış məntəqəsinin Miladdan artıq və ya minus 20 il ətrafında inşa edildiyini, yəni Qudridin Yeni Dünyanı ziyarət etdiyi dövrə təsadüf etdiyini göstərir.

Qeyd edək ki, arxeoloqlar bu ərazidəki qazıntılar zamanı üç torf evi, bir dəmirçi və dörd emalatxana tapıblar. Emalatxanada tapılan bəzi nümunələr vikinqlərin yüz illər əvvəl burada gəmilərini təmir etdiklərini göstərir. Bundan əlavə, arxeoloq Birgitta Wallace 1975-ci ildə eyni strukturları araşdırarkən min il əvvəl burada vikinq qadınının yaşadığına dair dəlilləri də ortaya çıxarıb.

Yenə də maraqlıdır, doğrudanmı, Xristofor Kolumbdan əvvəl Amerikaya ilk gələnlər vikinqlər olub?

Ağasəf Babayev