Ötən il İtaliyada İkinci Dünya müharibəsindən bəri ən yüksək ölüm səviyyəsi qeydə alınıb

6 Mart 2021 07:50 (UTC+04:00)
Rəsmi məlumatlara əsasən, 2020-ci pandemiya ilində İtaliyada İkinci Dünya müharibəsindən bəri ən yüksək ölüm səviyyəsi qeydə alınıb. SİA xəbər verir ki, ötən il İtaliyada ölüm hallarının sayı 746 min 146 nəfər təşkil edib və bu göstərici 2015-2019-cu illərin orta göstəricisindən 15 faiz çoxdur. Mütəxəssislərin hesablamalarına görə, 2020-ci ilin mart-dekabr aylarında 60 milyon əhalisi olan İtaliyada ölüm səviyyəsi qeyd edilən orta göstəricidən 20 faiz yüksək olub. Bu isə əlavə 108 min ölüm halı deməkdir. Mütəxəssislərin rəyinə görə, ölüm hallarının ötən il yüksək olması koronavirusla birbaşa əlaqəli hesab oluna bilməz. Lakin ötən il ölkənin səhiyyə sisteminin yüksəlməsi, xəstəxanalarda cərrahi əməliyyat və müalicə prosedurlarının pandemiya ilə əlaqədar ləğv edilməsi və ya təxirə salınması ölüm hallarının statistikasına da öz təsirini göstərib. Qeyd edilməlidir ki, indiyədək İtaliyada təxminən üç milyon insan koronavirusa yoluxub, koronavirusla əlaqədar ölənlərin sayı isə 100 min nəfərə yaxındır.