Karl Laqerfeldə məxsus mebel əşyaları və incəsənət əsərləri Monakoda hərraca çıxarılacaq

6 Mart 2021 08:17 (UTC+04:00)

Məşhur moda dizayneri Karl Laqerfeldə məxsus mebel əşyaları və incəsənət əsərləri Monakoda hərraca çıxarılacaq.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Sotheby's" auksion evi məlumat verib.

Bildirilir ki, hərraca çıxarılanlar siyahısına modelyerin Parisdəki mənzilində, Luvesyendəki malikanəsində, həmçinin Provans və Monakodakı evlərində olan əşyalar daxil olacaq. İlk hərrac cari ilin ikinci yarısında Monakoda, daha sonra Parisdə keçiriləcək.

Karl Lagerfeld XVIII əsrin nadir dekorativ incəsənət kolleksiyasının sahibi olub. Modelyer Paris və Londondakı hərraclarda mütəmadi olaraq mebel, heykəl və rəsm əsərləri alıb.

K.Lagrefeld 19 fevral 2019-cu ildə vəfat edib.