Gürcü supermarketi qarət edilib

5 Mart 2021 17:43 (UTC+04:00)

Gürcüstanın qərbindəki Ozurgeti şəhərindəki marketlərin biri maskalı şəxslər tərəfindən qarət edilib.

SİA bu barədə gürcülərin “Rustavi 2” televiziyasına istinad edərək bildirir.

Hadisə cümə günortadan sonra baş verib. İlkin məlumata görə, bıçaqla silahlanmış maskalı şəxslər supermarketə girərək kassadan 1000 lariyə qədər (300 dollardan çox) pul oğurlayıblar.

Qeyd edək ki, oxşar hadisə həmin supermarketdə bir il əvvəl də baş vermişdi. Amma hadisədən dörd gün sonra gürcü polisləri oğruları tuta bilmişdilər.

Hazırda Ozurgeti şəhərinin hüquq mühafizə orqanları oğruların həbs edilməsi istiqamətində fəaliyyətə başlayıblar. Şəhər prokurorluğu “Soyğunçuluq məqsədi ilə, başqasının həyat və sağlamlığı üçün təhlükə tətbiq etməklə və ya bu cür zorakılıq təhdidi ilə törədilən hücum” maddəsi ilə iş acıb. Xatırladaq ki, oğruları beş ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ağasəf Babayev