Qusarda YAP-ın ərazi ilk partiya təşkilatınin yığıncağı keçirilib

5 Mart 2021 14:46 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının "Su, kanal sahəsi" ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib. Yığıncağın işində iştirak edən YAP Qusar rayon təşkilatının baş məsləhətçisi Bəhruz Ramazanov və ərazi ilk partiya təşkilatının üzvləri öz çıxışlarında birmənalı olaraq ölkə Prezidenti və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurla yürütdüyü siyasəti dəstəklədiklərini və əhali arasında təbliğ etdiklərini qeyd ediblər. İclasda təşkilatı məsələ baxılmışdır.

Açıq səsvermə yolu ilə "Su, kanal sahəsi" ərazi ilk partiya təşkilatınını sədr vəzifəsinə Rizvan Məmmədov, sədr müavini Rauf Nurməmmədov seçiliblər. Rizvan Məmmədov çıxış edərək ""Su, kanal sahəsi" ərazi ilk partiya təşkilatının sədri seçilməsi ilə əlaqədar iştirakçılara minnətdarlıq bildirərək rayon partiya təşkilatının İdarə Heyətini əmin edib ki, rəhbərlik etdiyi ərazi ilk partiya təşkilatı öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq rəhbər orqanlarının tövsiyə və qəraralar əsasında davam etdirəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI