Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub

5 Mart 2021 16:26 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edilib.

Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.