Putinin görüş planları barədə Peskov danışıb

5 Mart 2021 16:28 (UTC+04:00)

Vladimir Putinin sözçüsü, davam edən pandemiya fonunda prezidentin görüşlərlə bağlı planlarından danışıb. SİA RenTV-yə istinadən xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, "canlı" tədbirlərin, görüşlərin sayı artıq və daha da artmaqda davam edəcək.

Eyni zamanda Kremldə qeyd edilib ki, üz-üzə görüşlər planlaşdırarkən epidemioloji vəziyyət nəzərə alınacaq və görüşlər zamanı sanitariya tədbirlərinə ciddi şəkildə əməl ediləcək.
"Bu cür tədbirlərin sayı artır və hələ də artacaq, lakin tədricən, epidemioloji vəziyyətin necə inkişaf edəcəyini nəzərə alaraq, əlbəttə ki, bütün profilaktik epidemioloji tədbirlərə ciddi riayət etmək tələb olunur", deyə Kremldə bildirilib.
Qeyd olunur ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin Soçidə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə, koronavirusla birgə mübarizə aparmaq üçün Avropa ölkələri ilə güclərin birləşdirilməsinin vacibliyini də bildirmişdi.
Xatırladaq ki, 11 avqust 2020-ci il tarixində Rusiya prezidenti COVID-19-a qarşı ilk peyvəndin yaradılması üzərində işlərin başa çatdığını elan etmişdi. Rusiyada yaradılan vaksinə ilk süni peykin buraxılmasından sonra "Sputnik V" adı verilib. Dərman Qamaleya adına Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.