"Əgər bizim şəxsiyyət vəsiqəsi ilə Qarabağda yaşasalar..." MƏRKƏZ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

5 Mart 2021 15:47 (UTC+04:00)

"İran Azərbaycanın inkişafından narahatdır. Bu həmişə belə olub. Çünki, İranda 35 milyon azərbaycanlı yaşayır. Biz öz ərazilərimizi azad etdiyimizə görə heç vaxt özgənin torpağında gözümüz olmayıb". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu qeyd edib.

Sədrin sözlərinə görə, müharibənin qalibi olan Azərbaycan Ermənistan cəmiyyətini millətçilik xəstəliyindən azad edib. Cənab Prezidentin də qeyd etdiyi kimi: "Ermənistan Zəngəzur mahalının ərazisində qurulmuş dövlətdir". Ermənistanda heç vaxt hakimiyyət olmayıb. Onlar terrorçu və quldurdurlar. Ermənilər Qarabağın bir qarış torpağına da qeyri-qanuni addım ata bilməzlər. Azərbaycan 10 noyabr bəyanatına ciddi şəkildə əməl edir. Azərbaycan vətəndaş cəmiyyəti və mətbuatı rus sülhməramlılarına qarşı ciddi qınaq həyata keçirməlidir. Onlar ermənipərəst olduğu üçün düzgün addım atmırlar".

Mərkəz sədri bildirib ki, artıq biz tamam fərqli dövlətik: "İndiki ilə 3-5 il bundan öncənin çox fərqi var. Bəyanatın bəndlərinin kim tərəfindən pozulmasından asılı olmayaraq, Azərbaycan bir addım belə öz qalibiyyətindən əl çəkməyəcək. Ermənilərin törətdiyi təxribatlar öz sonları olacaq. Əgər xoşbəxt olmaq istəyirlərsə, bizimlə qonşuluq siyasətini davam etdirsinlər. Hər bir xalqın özünəməxsus milli xüsusiyyəti olduğu kimi, "erməni xisləti" deyilən bir anlayış da var. Onların atdığı hər addıma Azərbaycan tərəfdən cavab verilib və veriləcək. Əgər bizim şəxsiyyət vəsiqəsi ilə Qarabağda yaşasalar, bu onlar üçün daha rahat olar".

Ayşən Sadıxzadə