Xalça Muzeyində növbəti mühazirə türk xalqlarının mədəniyyətinə həsr edilib

5 Mart 2021 15:17 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun təqdimatında “Türk xalqları mədəniyyətində əjdaha simvolu və onun mifoloji semantikası” adlı mühazirə oxunub.

Xalça Muzeyindən SİA-ya bildirilib ki, mühazirədə türk xalqlarının ənənəvi mədəniyyətində, eləcə də hərb və dövlətçilik tarixində əjdaha simvolunun anlamından, bu obrazın mifoloji və dini semantikasından bəhs edilib.

Karantin qaydaları nəzərə alınaraq 10 nəfərin iştirakı ilə keçirilən mühazirə muzeyin “Instagram” səhifəsi vasitəsi ilə canlı yayımlanıb.