Mübariz Mənsimov azadlığa buraxılıb

5 Mart 2021 14:21 (UTC+04:00)

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəmə zalından azadlığa buraxılıb.

SİA-nın məlumatına görə, qərara əsasən, vəsatət təmin olunub və Mübariz Mənsimov məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Xatırladaq ki, martın 3-də İstanbul Cümhuriyyət Baş Prokurorluğu M.Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəmişdi.