Pula satılan Zatulinin “həqiqət”ləri

5 Mart 2021 14:16 (UTC+04:00)

Ay ermənilər, ay sizin itirdiyiniz başınıza Zatulim dönsün, bəs, bu “kişi” də yazıqdır axı, özünü gözə soxmaq üçün dəridən-qabıqdan getdi ki… Bilirəm ki, indi sizin də vəziyyətiniz ağırdır. Eşitdiyimə görə, coxunuz elə gününü tirdə köpüyə güllə atmaqla keçirir. Amma nə qədər olmaya, siz yoldaş Zatulini yaddan çıxarmamalısınız. Tanrı bunun əvəzini sizdə qoymaz. Yadınıza gəlir, Ermənistandakı 1988-ci il zəlzələsi? Həmən vaxt əksər ermənilər bunu özlərinin etdikləri haqsızlıq və allahsızlıqla əlaqələndirirdilər. İndi tanrının işidir də, birdən Zatulinə elədiyiniz haqsızlığın əvəzini başqa formada sizə göstərər. Bilirəm, pulunuz yoxdur. Amma nə olar ki, indi öz ermənilərinizi aldadıb para adıyla verdiyiniz avrobondlardan bir az da Zatulin yoldaşın ağzına atın da...

Ay ermənilər, sizdən soruşuram, bu yazıq özünü gözə soxmaq üçün daha nə etməlidir? Sizi təbliğ etmək, dərdlərinizi yuxarı, Kremdəki səlahiyyətlilərə çatdırmaq üçün az qala onların ayaqlarının altında pəyəndaz olub. Amma siz hələ də ona istədiyi “önəmi” vermirsiniz.

Dediyim kimi, tanrı sizin bu haqsızlığınızın cavabını verəcək. Bilirəm, bəziləriniz, Zatulin yoldaşın dediklərinə qısqanclıqla yanaşır. Mən bunun əlamətlərini sizdə onun Süniklə bağlı səsləndirdiyi fikirləri deyərkən hiss elədim. Bəli, siyasətdə belə şeylər ola bilər, amma bunu siyasi naşılıqla qarışdırmaq düzgün deyil. Məncə bu sizin tərəfədən yoldaş Zatulinə qarşı hörmətsizlik olar. Amma əminəm ki, siz hörmətsizliyi etməzsiz(?). Nə isə, keçək mətləbə.

Deməli, bu günlərdə, Rusiyadan əlavə hərbçi göndərib Süniki gücləndirməyi tələb edən Zatulin yoldaş, burada nədənsə “qəhrəman” ermənilərlə bağlı bir nüansı nəzərdən qaçırıb. Təbii ki, təkrar edirım, insandır, səhv edə bilər. Amma, o ermənilərlə bağlı hər hansı bir səhvin hansı fəsadlar verə biəcəyini, nəzərdən qaçırıb.

Əvvəla, Ermənistan müstəqil bir dövlətdir. Amma nədənsə bunu nəzərdən qaçıran yoldaş Zatulin Ermənistanın heç bir xarici ordunun köməyinə ehtiyacı “olmadığını unudur”. Vaxtilə, Anna xanım 2 ordu rus təyinatlılarına sinə gərə biləcək zənən batalyonu yaratmışdı. Hərcənd, indi həmin zənən batalyonunun dağılıb bəzi üzvlərinin Ermənistandan qaçdığı deyilsə də, amma bəzi məlumatlara görə, onlardan Ermənistanda qalanlar hələ də silahlarını təhvil verməyiblər. Belə ki, zənən batalyonunun Ermənistanda qalan üzvləri vətəni yenidən qorumaq üçün çağırış gözləyirlər. Ona görə də, burada yoldaş Zatulinin rusları köməyə çağırması yersiz görünür.

Sizi bilmirəm, amma mən bunu ermənilərin baxışlarından da sezirəm.

Yoldaş Zatulin sonra nə deyir? Deyir ki, Paşinyanın rusların “İsgəndəri” ilə bağlı dedikləri onun…bu sahədə təcrübəsizliyi ilə bağlıdır. Dediyim kimi, yoldaş Zatulin burada “təcrübəsizliyi” naşılıqla da əvəzləyə bilərdi, amma əvəzləməyib. Niyə, çünki siyasətdə köhnələrdəndir. Tanrının işini bilmək olmaz, birdən Paşinyan yenə hakimiyyətdə qaldı. Belə olan halda, yoldaş Zatulin gərək Ermənistandan alacağı avrobondlara birdəfəlik “əlvida” deyə. Bu da yoldaş Zatulinini sorakı fəaliyyətinə heç yaramır. Buna bu yerdə nə deyirlər… “erməniyə əmi de, işin keçsin”.

Hə, indi görək yoldaş Zatulin ermənilərlə bağlı daha nə qə… səhv edib. Yox, deyəsən, bu dəfə doğru danışıb. Deyib ki, azərbaycanlılar azad etdikləri torpaqlarda tikib qururlar, amma ermənilər hələ də “məlul-məlul” baxırlar. Ona görə də biz ruslar (Zatulin, doğrudnmı, rusdur?) onlara kömək etməliyik. Təbii ki, yaxşı təklifdir, amma…

Nə isə, yenə kecək ardına… Hə, burada, artıq ermənilər arxa plana göndərilir. Beləliklə, bilirsiniz Zatulin burada indi nə deyir? Deyir ki, o vaxt Bakıda keçirilən Qələbə Paradı zamanı Ənvər Paşanın adı səsləndirilib. Zatulinə görə, bu Türk varlığnın Azərbaycanda artmasına dəlalət edir ki, buna görə də, indi Rusiya çox narahatdır və s…

Əslində, etiraf etməliyəm ki, Zatulinin belə səviyyəsiz danışıqlarına saytda yer ayırmağa elə də dəyməz. Onun Türkiyənin Volqaboyu, Orta Asiya ölkələrinə yaxınlaşma ehtimalı təkcə Zatulini deyil, elə bütün rusları narahat etməkdədir. Görən, bu gün yüksək idellardan dəm vuran Zatulin səlahiyyətli bir rus “siyasətçisi” kimi daşıdığı vəzifənin məsuliyyətini qanırmı? Təbii ki, qanmır. Əslində, Zatulinin türklərdən ehtiyatlanması əsassızdır. Çünki, Sovetlər Birliyi dağılandan sonra bu ərazilərdə baş verən bütün münaqişələrin kökündə məhz ruslar dayanırlar. Biz bunun ən bariz son nümunəsini Rusiyanın Ukraynaya göstərdiyi münasibətdə də gördük. Qeyd edilməlidir ki, bu gün Rusiya artıq Belarusdan “narahatdır”. Belə ki, ruslar artıq indidən Belarusda hakimiyyət dəyişəcəyi təqdirdə bu ölkənin də qonşu Ukrayna kimi, Avropaya üz tutacağına əmindir. Ona görə də, ənənələrinə sadiq ruslar hələ indidən Belarusun Brest və Qomel bölgələrinin “əzəli rus torpağı” olduğunu iddia etməyə başlayıblar.

…Yadınmdaykən, Sizdən də soruşum, görən, bu yoldaş Zatulin ermənilərin baş aldatmaq üçün buraxdırdıqları avrobondlara yaxın duracaq?

Ağasəf Babayev