Su sayğaclarını oğurlayan keçmiş məhkum tutuldu

5 Mart 2021 13:26 (UTC+04:00)

Nəsimi rayonu ərazisindəki 5 evin girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən E.Fətullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də və 3-də rayon ərazisindəki 5 evin girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Fətullayev saxlanılıb.