BMM konsert proqramı təqdim edəcək

5 Mart 2021 12:57 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzi (BMM) martın 8-də Beynəlxalq Qadınlar Gününə həsr olunmuş onlayn konsert proqramı təqdim edəcək. SİA-nın məlumatına görə, BMM-in solistləri - Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev, xanəndələr İlkin Əhmədov, Elgiz Əliyevin ifaları ilə xanımlarımızı təbrik edəcəklər. Xanəndələri Rövşən Qurbanov, Rəşad İbrahimov, Ceyhun Muradov, Təbriz Yusubov, Rafael Əsgərov, Amil Mustafayev müşayiət edəcək.

Konserti BMM-nin sosial şəbəkələrindən izləyə bilərsiniz.