Rus kişilər qadına tabe olmaq istəmir?

5 Mart 2021 10:48 (UTC+04:00)

Bu günlərdə Rusiyada keçirilən bir sorğuda iştirak edən kişilərin yarısından çoxu - 51,2 faizi qadın rəhbərliyi altında işləmək istəmədiklərini bildiriblər.

SİA bu barədə rus mətbuatına istinad edir.

Maraqlıdır ki, rus kişilərinin yalnız 20,6 faizi qadının rəhbərliyi altında məmnuniyyətlə işləmək istədiklərini bildiriblər. Rəyi soruşulanların 28,2 faizi isə ona rəhbərlik edəcək müdiriyyətin cinsinin onun üçün elə də bir önəm kəsb etmədiyini bildiriblər.

Bunula yanaşı, rusiyalı kişilərinin 43,8 faizi qadınların vəzifələrini bacarıqla yerinə yetirməsindən, işə məsuliyyətlə yanaşdıqlarından məmnun qaldıqlarını da gizlətməyiblər.

O da maraqlıdır ki, sorulan sorğular sosioloqları elə də qane etməyib. Məsələn, onlar sorğuda əldə olunan məlumatları “mühafizəkar fikirlərin Rusiya cəmiyyətində üstünlük təşkil etdiyi” kimi xarakterizə ediblər.

Ağasəf Babayev