Namiq Qaraçuxurlu: "Mənim adımı hallandırmayın"

5 Mart 2021 09:16 (UTC+04:00)

Meyxanaçı Namiq Qaraçuxurlu adını hallandıran şəxslərə səslənib. SİA-nın məlumatına görə, ifaçı hələ də fəaliyyətini dondurduğunu da xüsusi ilə qeyd edib: "Bildiyim qədəri ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə müəyyən restoranlarda konsertlər təşkil olunacaq. Həmin konsert proqramlarının bəzilərində mənim də çıxış edəcəyimlə bağlı şaiyələr dolaşır və adım hallanır.

Hər kəsə demək istəyirəm ki, heç bir konsertdə çıxış etməyəcəm. Müəyyən səbəblərə görə fəaliyyətimi dondurmuşam. Nə zaman işə başlayaramsa, mütləq özüm şəxsən elan edəcəm. Xəbəriniz olacaq".

Qeyd edək ki, Namiq Qaraçuxurlu artıq xeyli vaxtdır ki, fəaliyyətini dondurub. O, bu haqda bir müddət öncə belə bir açıqlama vermişdi: "Efirlərə çıxmamağıma səbəb nə ulduzluq nə də tənbəllik etməyimdən irəli gəlir. Ölkəmizdə müharibə olub. Şəhid və qazilərimiz var. Şəhid ailələri qan ağlayırlar. Düşünürəm ki, gündəmdə mənim yaradıcılığım deyil.

Millətimizin həssas dönəmində görünmək istəmirəm. Xalqımızın yarası heç vaxt sağalmayacaq. Amma şəhid ailələrimizin az da olsa yaralarının qaysaq bağladığı dönəmdə yenidən işlərimə start verərəm".