"Osman Erbaş Paşa PUA-ların yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib” - Bayraktar

5 Mart 2021 08:59 (UTC+04:00)

Bayraktar pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktar Türkiyədə qəzada həlak olan general və heyət haqqında sosial şəbəkədə paylaşım edib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir:

“2010-cu ildə PUA-larımızı inkişaf etdirərkən tanış olduğum Osman Erbaş-Paşa və qəhrəman əsgərləri Bitlisdə bir helikopter qəzasında öldü. Allah şəhidlərimizə rəhmət və yaralılara şəfa versin. Bu illər ərzində dostluğumuz heç kəsilməmişdi. Osman Erbaş Paşa PUA-ların yaradılmasında bizə əhəmiyyətli dərəcədə dəstək verib”