“Fənərbaxça”nın yarımmüdafiəçisi Mesut Özil ciddi zədə alıb

5 Mart 2021 00:55 (UTC+04:00)

“Fənərbaxça”nın yarımmüdafiəçisi Mesut Özil zədələnib.

SİA xəbər verir ki, təcrübəli futbolçu Super Liqanın 28-ci turu çərçivəsində “Antalyaspor”la ev oyununda sıradan çıxıb.

Qarşılaşmanın ikinci hissəsində xəsarət alan və 66-cı dəqiqədə meydanı erkən tərk etmək məcburiyyətində qalan Özilin ayağında yırtıq aşkarlanıb. Onun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Mesut Özilin əvəzində meydana İrfan Can Kavheci buraxılıb. Bu qış fasiləsi dönəmində “Başakşəhər”dən transfer edilən İrfan, İstanbul təmsilçisində debüt edib.

“Fənərbaxça” - “Antalyaspor” matçında qalib müəyyənləşməyib – 1:1