Sakit Okeanda 8 bal gücündə zəlzələ baş verib

5 Mart 2021 00:37 (UTC+04:00)

Sakit Okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek Arxipelaqı sahillərində 8,0 bal gücündə zəlzələ baş verib.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, təkanların ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələnin episentrinə yaxın yaşayış məntəqələri yoxdur.

ABŞ Milli Tsunami Xəbərdarlıq Mərkəzi sunami xəbərdarlığını yayımlayıb.