Aygün Səmədzadənin mahnısını oğurlayan erməni müğənnisi cəzalandırıldı

4 Mart 2021 17:34 (UTC+04:00)

Xalq artisti Aygün Səmədzadənin bəstəsi olan “Bakinskiy roman” ətrafında yaranan qalmaqal sona çatıb. SİA-nın məlumatına görə, bu haqda müğənni-bəstəkar Murad Arif xəbər verib.

Belə ki, Qismətin ifa etdiyi musiqi bir müddət əvvəl erməni müğənni Monika Nazaryan tərəfindən mənimsənilib. Sözügedən ifaçı bəstəni ifa edərək klip çəkdirib.

Mahnının dünyavi instansiyalarda rəqəmsal qeydiyyatından sonra Nazaryan hər yerdə silinib.