Bu məşhur cütlük barışıb?

4 Mart 2021 16:32 (UTC+04:00)

Aktrisa Aslı Enver keçmiş sevgilisi Murad Bozla haqqında yayılan şayiələrə aydınlıq gətirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, sosial media hesabında bununla bağlı paylaşım edərək yayılan söz-söhbətə birdəfəlik son qoyub: "Tənhayam, bir müddət də belə qalmağı düşünürəm. Belə daha xoşbəxtəm".

Xatırladaq ki, bir neçə gün əvvəl keçmiş sevgililər Aslı və Murad "İnstagram" hesablarında eyni anda, eyni ürək işarəsi ilə arxiv fotolarını paylaşıblar. Bu da cütlüyün yenidən bir araya gəlməsi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.