Yurd həsrətli anaların bayramları mübarək!

4 Mart 2021 15:14 (UTC+04:00)

2021-ci il Azərbaycana ötən ilin müjdəli xəbərlərinin davamı olaraq gəldi. 30 illik həsrətə son qoyulan ilin davamı kimi. 44 günlük Vətən müharibəsi Müzəffər Ordumuzun və onun Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində yağı düşmən yurdumuzdan qovuldu, 30 il qabaq doğma elindən, obasından ayaqyalın qovulan yurddaşlarımız ötən il o yerlərə əsgər çəkməsi ilə geri döndülər. Erməni işğalı nəticəsində təkcə insanlarımız isti ocağından məhrum olmadı, elmi, mədəni, tarixi abidələri, təhsili, səhiyyəsi də ziyan çəkdi. Təhsil sahəsində çalışanlar Azərbaycanın hər yerinə pərən-pərən düşdülər. Amma doğma eli, obanı, sabahımız olan fidan balaların, şagirdlərin təhsilini bir an belə unutmadılar.

Laçın rayon Əli Quliyev adına 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova da yurdunu bir an belə unutmayan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Qələbəmizin əldə olunmasında mənəvi dəstəyini əsirgəməyən pedaqoqlardandır. Doğma Laçının azadlığına qovuşması Gülsüm müəllimənin də həyatında pozulmayacaq bir iz buraxmışdır. Bəli, musiqimizin sirlərini aşıladığı sabahın dahi musiqiçiləri, ifaçıları öz doğma Laçınlarına qayıdacaq və musiqi sədaları yenidən dağlarda əks-səda doğuracaq.

Fürsətdən istifadə edib qarçıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Gülsüm Məhərrəmovanı ürəkdən təbrik edir, onun timsalında yurd həsrəti sona çatan bütün laçınlı anaları, bacılara Tanrıdan xoş və firavan sabahlar arzulayıram.

M.Məmmədov