"Covid-19"la əlaqədar çinli mütəxəssisdən - ŞOK AÇIQLAMA

4 Mart 2021 14:46 (UTC+04:00)

Covid-19 kütləvi toxunulmazlıq üçün bir tarix verilib. Dünyanı cənginə alan koronavirusla mübarizə üçün vaksinasiya işləri sürətlə davam edir. Pandemiyadan qurtuluşun ən böyük açarı kimi göstərilən qlobal toxunulmazlığa çatmaq üçün hələ çox vaxt lazımdır. Mövzu ilə bağlı çinli alimdən açıqlama var.

SİA xarici KİV-lərə istinadən Çinin bu sahədəki ən yaxşı mütəxəssislərindən biri olan epidemioloq Konq Covid-19 epidemiyasında qlobal toxunulmazlığın qazanılmasının 2-3 il çəkəcəyini iddia edərək "qlobal həmrəylik" çağırışı edib.

Xinhua agentliyinə görə, dünən Edinburq Universitetinin təşkil etdiyi onlayn söhbətə qatılan Konq Nanşan "Keçən il epidemiya nəzarətə alındıqdan iki ay sonra iqtisadiyyatımız yenidən canlandı və dərslərə davam etdik"- deyə bildirib.

Tədbirdə Konq ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci ilə fikir mübadiləsi aparıb. Onlar epidemiyanın qarşısının alınması ilə iqtisadi inkişafın tarazlaşdırılmasının qlobal bir problem olduğunu, normal həyata dönüşün vaxt aparacağını qeyd ediblər.

Fauci hazırladığı COVİD-19 virusunun 3B Modelini Smithsonian İnstitutunun Milli Amerika Tarixi Muzeyinə hədiyyə edib. Muzey dünən Faucini "Böyük Amerikalılar Medalı" ilə mükafatlandırarkən, muzey direktoru Antea Hartiq Faucinin milyonlarla insanın həyatını xilas etməsinə kömək etdiyini və yoluxucu xəstəliklərlə mübarizə ilə əlaqədar əhəmiyyətli irəliləyişlər olduğunu qeyd edib.