Ermənistan itkilərinin sayını yenidən açıqlayıb

4 Mart 2021 14:32 (UTC+04:00)

Qarabağ müharibəsindən sonra döyüş zonalarından çıxarılan 2 min əsgərin şəxsiyyəti müəyyənləşdirilib.

SİA xəbər verir ki, bunu Ermənistanın Səhiyyə naziri Anait Avanesyan açıqlayıb.

Onun sözlərinə görə, müayinədən keçmək üçün az sayda nümunə qalıb.

Qeyd edək ki, 21 yanvar tarixinə qədər Ermənistan məhkəmə-tibbi ekspertiza mərkəzi Dağlıq Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarını araşdırıb.