NİDA-çının üzərindən silah, narkotik və daha nələr çıxdı? FOTO

4 Mart 2021 14:22 (UTC+04:00)

Daxili İşlər Nazirliyi NİDA müxalifətyönlü hərəkatının fəalı Elnur Abbasovun saxlanılarkən sosial şəbəkələrdə guya polis tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı informasiyaları şərh edib. SİA xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun qeyd etdiyinə görə, Elnur Abbasov heç bir təzyiqlərə məruz qalmayıb və polis əməkdaşları onu təhqir etməyiblər.

“Onun saxlanılması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib”, Ehsan Zahidov bildirib.

Elnur Abbasov məhkəmənin hökmü ilə inzibati qaydada 30 sutkalıq həbs edilib.

Rövşən RƏSULOV