Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək

4 Mart 2021 14:06 (UTC+04:00)

Azərbaycan və Türkiyə hərbçiləri İspartada birgə təlimlər keçəcək.

SİA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində məlumat yayılıb.

“Can Azərbaycanla “bir millət, iki dövlət” anlayışı ilə bir və bərabər fəaliyyətə davam edirik. 6 həftə davam edəcək təlimlər üçün İspartaya gələn qəhrəman Azərbaycan Ordusuna mənsub qardaşlarımızı hava limanında qarşıladıq”.